Maliyyə sektorunun inkişafı strategiyası hazırlanacaq - VİDEO

25 Noyabr 2022 20:26

Ölkədaxili kart əməliyyatlarının nağdsız hissəsi 42%-i keçib. Bu isə bir ildə 12% artım deməkdir. Nağdsız əməliyyatların həcmi isə 2,3 dəfə artaraq 20 milyard manat civarına çatıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunu  VI Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Bankların cari hesabları üzrə ödənişlərin 77%-i elektron bankçılıq vasitəsilə həyata keçirilib. Sədr yanvar ayından beynəlxalq konsultantlarla birgə maliyyə sektorunun inkişafı strategiyasının hazırlanacağından da danışıb.

Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev isə bildirib ki, Azərbaycan bank sektorunun likvid vəsaitlərinin həcmi artmağa davam edib.

"Pandemiyadan sonrakı dövrdə bank sektorundakı bu sürətli artım tempinin artıq növbəti ildən daha mülayim inkişaf tendesiyasına keçəcəyini gözləyirik",- deyə Zakir Nuriyev qeyd edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az