Təyyarə qəzasında ölən 103 nəfərin cəsədi tapılıb

13 May 2010 10:39
Milli.Az xəbər portalının RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Liviyanın nəqliyyat naziri Məhəmməd Zidan bildirib. "Artıq 103 cəsəd yaxınlıqdakı xəstəxanaya aparılıb", - deyə nazir qeyd edib: "Hazırda onların tanınması prosesi gedir".
Zidanın sözlərinə görə, ölənlərin əksəriyyəti - 62 nəfər Niderlanddandır. Bundan başqa, təyyarədə Almaniya, CAR, Finlandiya, Fransa, Filippin, Zimbabve, Böyük Britaniya, Liviya vətəndaşları, həmçinin 11 heyət üzvü olub. Qəza nəticəsində yalnız 10 yaşlı hollandiyalı uşaq möcüzə sayəsində sağ qalıb. Əvvəlcə təyyarədə 105 yəfərin olduğu bildirilsə də, sonradan bu rəqəmin 103 olduğu açıqlanıb.

Xatırladaq ki, "Airbus-330" təyyarəsi Tripoli hava limanına eniş edən zaman yerə çırpılıb və dərhal partlayıb. Hadisənin terror aktı olması istisna edilir.

Milli.Az