“Pençe Kılıç” əməliyyatında 326 terrorçu zərərsizləşdirilib

25 Noyabr 2022 11:34

"Pençe Kılıç" antiterror əməliyyatı nəticəsində 326 terrorçu zərərsizləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O, əməliyyatın uğurlu şəkildə davam etdiyini də qeyd edib. Akar əlavə edib ki, Türkiyənin məqsədi ölkə daxilində və sərhədləri boyunca terrora son qoymaqdır.

Milli.Az