Dünyanın ən zəhərli ilanlarından biri bağçada uşağı dişlədi

25 Noyabr 2022 18:04

Avstraliyanın Kvinslend ştatının Bouen şəhərində torlu qəhvəyi ilan uşaq bağçasına sürünərək uşağı dişləyib.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Uşaq bağçasının əməkdaşları uşağın yanında təxminən 40 santimetr uzunluğunda qıvrılan, torlu qəhvəyi ilan tapıblar. Uşağın qolunda iki kəsik yarası aşkar edilib.

Dişləmədən sonra zərərçəkən müalicə olunub. Onun vəziyyəti barədə məlumat verilməyib. Torlu qəhvəyi ilanlar dünyanın ən zəhərli ilanlarından sayılır.

İrfan Vəliyev
Milli.Az