Bədii gimnastika üzrə 1-ci "Ocaq" beynəlxalq kubokunun açılışı olub

25 Noyabr 2022 11:16

Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 1-ci "Ocaq" beynəlxalq kubokunun açılışı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, yarışların açılışıbda "Ocaq Sport" klubunun İdarə heyətinin sədri Vəfa Bakarova klubun 2013-cü ildə təsis edildiyini bildirib.

Qeyd olunub ki, bu müddət ərzində klubdaxili yarışlar və açıq çempionatlar keçirilib. "Ocaq Sport"un yetirmələri müxtəlif gimnastika növlərində milli komandalara cəlb olunub, irimiqyaslı beynəlxalq yarışların mükafatlarını qazanıb.

Yarışların startından əvvəl gənc idmançıların nümunəvi çıxışıları nümayiş etdirilib.

Qeyd edək ki, 1-ci "Ocaq" beynəlxalq kuboku noyabrın 25-27-də keçiriləcək. 13 ölkənin nümayəndəsi "Ocaq" idman klubunun ilk beynəlxalq tədbrində qüvvələrini sınayacaq. Yarışlarda 2007-2016-cı il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətlərdə iştirak edəcək.

Milli.Az