Robbi DiKaprio ilə intim səhnələrdən danışdı: "Uşaq otağında..." - FOTO

25 Noyabr 2022 21:12

Avstraliyalı aktrisa Marqo Robbi "The Wolf of Wall Street" filmində Leonardo DiKaprio ilə açıq-saçıq yataq otağı səhnələrini çəkməzdən əvvəl əsəbi olub.

Milli.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

BAFTA tədbirində iştirak edən aktrisa etiraf etdib ki, ekranda özünə inamlı görünsə də, real həyatda belə deyildi. Aktrisa səhnələrin birində özündən 15 yaş böyük olan filmdəki "ərini" kiçik qızlarının uşaq otağında aldatmağa çalışıb.

"Mən yalan danışmayacağam. Bu səhnəni çəkməzdən əvvəl çox əsəbi olduğum üçün bir-iki qədəh tekila içdim", - deyə aktrisa etiraf edib.

O, həmçinin bildirib ki, yenicə səhnəyə çıxan aktrisa üçün belə kadrların çəkilişi çətin bir işdir. 2016-cı ildə lentə alınan intim səhnələri aktyorluq karyerasının ilki olduğu üçün aktrisa çəkiliş meydançasında çoxlu çətin anlar yaşayıb. (publika)

Milli.Az