Müdafiə Nazirliyindən AÇIQLAMA: "Tamamilə yalandır"

25 Noyabr 2022 10:05

Noyabrın 24-ü saat 21:30-dan 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.

Milli.Az