“Tesla” 15 mindən çox avtomobilini geri çağırıb

25 Noyabr 2022 12:48

"Tesla" şirkəti 15 000-dən çox avtomobili geri çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "The Guardian" məlumaa yayıb.

Buna səbə arxa fənərdəki nasazlıq olub.

Geriçağırılma əsasən Avstraliyada satılan 15 914 "Tesla Model 3" və "Model Y" avtomobilinə aid olub.

Bu, şirkət üçün iki həftə ərzində ikinci, bu ay isə üçüncü geri çağırışdır.

Milli.Az