FIFA meksikalı azarkeşlərin şüarları ilə bağlı iş açıb

25 Noyabr 2022 12:04

Beynəlxalq Futbol Federasiyası (FİFA) Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 1-ci turunda Polşa ilə oyunda Meksika millisinin azarkeşlərin təhqiramiz şüarlar səsləndirməsinə görə intizam işi açıb.

Trend-in məlumatına görə, bu barədə "Aftonbladet" portalı xəbər verib.

Məlumata əsasən, söhbət "ölkənin, şəxsin və ya bir qrup şəxsin ləyaqətinin alçaldıcı, ayrı-seçkilik və təhqiramiz sözlərlə təhqir edilməsi" faktlarından gedir.

Noyabrın 22-də Dohadakı "Stadion 974" arenasında keçirilən Meksika - Polşa matçı qolsuz bərabərliklə başa çatıb.

Milli.Az