“Qızım Nəsibə sənədlə mənim bacımdır”

25 Noyabr 2022 19:48

"Nəsibə Zeynalova həmişə qız övladının olmasını arzulayıb. Şanssızlıqdan mən doğulmuşam".

Milli.Az xəbər verir ki, bunu Baku TV-də yayımlanan "Afaq Hüseynova ilə səmimi söhbət" verilişində 26 ildir Türkiyədə yaşayan və fəaliyyət göstərən rejissor-aktyor, Xalq artisti Cahangir Novruzov deyib.

Aktyor qeyd edib ki, mərhum Xalq artisti Nəsibə Zeynalova nəvəsi doğulduqdan sonra onu övladlığa götürüb. Bu səbəbdən qızı Nəsibə sənədlə onun bacısıdır.

Xalq artisti Türkiyədə əksər tələbələrinin film və seriallarda rol almasından da bəhs edib:

"Mənim tələbələrim işsiz qalmır. Məzun olduqdan sonra seriallarda, teatrlarda çalışmağa başlayırlar".

Milli.Az