Tərtər rayonunda 41 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Milli.Az "report"a istinadən bildirir ki, 1981-ci il təvəllüdlü İsmayılova İradə Həşim qızı yolu rayonun mərkəzində keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan paytaxtda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır.
Milli.Az