Bakıda motosikletçi işıqforun qırmızı işığından keçərək qəza törədib - FOTO

25 Noyabr 2022 08:29

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza Mehdi Mehdizadə ilə Yusif Səfərov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, motosikletin sürücüsü işıqforun qırmızı işığında keçən zaman "Nissan" markalı avtomobillə toqquşub.

Zərbənin gücündən motosikletçi yıxılaraq başından ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Milli.Az