Bakıda 53 yaşlı kişi bıçaqlanıb

25 Noyabr 2022 08:16

Bakının Sabunçu rayonunda 53 yaşlı kişi bıçaqlanıb.

Milli.Az "report"a istinadən bildirir ki, 1969-cu il təvəllüdlü Şəmilov Elşən Əhməd oğlu mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol əlin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az