Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ağa Nematulla və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, 2006-ci il təvəllüdlü Əhmədov Ümid İlqar oğlu yolun müəyyən edilməyən hissəsindən keçmək istəyib.
Bu zaman onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə özəl xəstəxanaların birinə yerləşdirilib.
Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
Milli.Az