DÇ-2022: Braziliya - Serbiya oyununda 2 QOL VURULDU - VİDEO - FOTO

25 Noyabr 2022 07:00

Qətərdə keçirilən dünya çempionatında daha bir qarşılaşma keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, G qrupunun ikinci matçında Braziliya millisi Serbiya seçməsi ilə qarşılaşıb. Görüşdə Braziliya komandası rəqibini iki cavabsız qolla məğlub edib. Matçda hər iki qolu Riçarlison vurub. Futbolçu 62-ci və 73-cü dəqiqələrdə fərqlənərək komandası üçün 2:0 hesablı qələbəni təmin edib.

Qeyd edək ki, noyabrın 24-də keçirilmiş qrupun ilk oyununda İsveçrə millisi Kamerun yığması üzərində minimal hesablı qələbə qazanıb - 1:0.

Milli.Az