“Fənərbaxça”nın stadionunun adı dəyişdirilir

24 Noyabr 2022 23:58

Türkiyənin "Fənərbaxça" klubunun stadionunun adı dəyişdirilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Ali Koç 1907 Fənərbaxça Dərnəyinin 30-cu ildönümünə həsr edilən tədbirdə deyib.

1907 Fənərbaxça Dərnəyi və Şükrü Saracoğlu stadionunun adının Atatürk Stadionu olması təklif edilib.

Bu təklifi idarə heyəti üzvləri alqışlarla dəstəkləyib.

Qanunvericiliyə uyğun olaraq, rəhbərliyin qərarı ilə stadionun adı dəyişir.

Milli.Az