Türkiyədə polisləri daşıyan avtobus qəza etdi - Xeyli sayda yaralı var

24 Noyabr 2022 23:41

Türkiyənin Diyarbakır şəhərinin Silvan rayonunda polis və mühafizəçiləri daşıyan avtobus qəza edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər yaralanıb.

Silvan Dövlət Xəstəxanasına aparılan yaralıların vəziyyətinin yaxşı olduğu öyrənilib.

Milli.Az