Görüş üçün Aktaudayıq - Mövlud Çavuşoğlu - FOTO

24 Noyabr 2022 23:27

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Qazaxıstanın Aktau şəhərində gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə nazir öz "Twitter" səhifəsində yazıb.

"Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin II görüşü üçün Qazaxıstanın Xəzər sahilindəki liman şəhəri Aktaudayıq", - deyə M.Çavuşoğlu bildirib.

Milli.Az