Paşinyan istintaqa CƏLB OLUNDU

24 Noyabr 2022 23:19

Ermənistanın bir qrup yüksək vəzifəli şəxsi, o cümlədən baş nazir Nikol Paşinyan 44 günlük müharibə zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə bağlı başlanmış cinayət işi üzrə dindirilib.

Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Komitə istintaqın maraqları naminə konkret kimin dindirildiyini açıqlamayıb. Qurum həmçinin araşdırmanın hansı mərhələdə olduğunu açıqlamayıb.

Eyni zamanda İstintaq Komitəsi xatırladıb ki, cinayət işi çərçivəsində şahid statusunda olan baş nazir Nikol Paşinyan da dindirilib.

Xatırladaq ki, müharibə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci (Ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə cinayət işi başlanıb.

Qeyd edək ki, 44 günlük müharibədə Azərbaycan hərbçiləri tərəfindən məhv edilən erməni əsgər və zabitlərin yaxınları Ermənistan Baş Prokurorluğunun binası qarşısında dəfələrlə aksiyalar keçiriblər. Onlar cinayət işinin Milli Təhlükəsizlik Xidmətinə verilməsini tələb edirlər.

Milli.Az