İrəvanda atraksion qırıldı: Rusiya vətəndaşı xəstəxanalıq oldu

24 Noyabr 2022 23:18

Noyabrın 24-də İrəvanda attraksionun istismarı zamanı naməlum şəraitdə fırlanan skamyalardan biri yerindən çıxıb.

Milli.Az unikal.az-a istinadən bildirir ki, atraksionun skamyası 6 metr kənara düşüb.

Nəticədə 29 yaşlı Rusiya vətəndaşı Ababiy Yakov müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Milli.Az