Avropa İttifaqı Rusiyaya qarşı 9-cu sanksiyalar paketini hazırladı

24 Noyabr 2022 22:13

Avropa İttifaqı Rusiyaya qarşı 9-cu sanksiyalar paketini hazırlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu komissiyanın sədri Ursula von der Lyayen deyib.

"Əminəm ki, tezliklə Rusiya neftinin qlobal qiymətini təsdiqləyəcəyik",-deyə von der Lyayen bildirib.  

O qeyd edib ki, Rusiyanın hücumlarına görə Ukrayna xalqı qışı işıqsız keçirməyə məcbur olub:

"Körpələr, onların valideynləri qaranlıqdadır və donurlar. Bu vəhşi hücumları şiddətlə qınayıram. Bunlar müharibə cinayətləridir".

Milli.Az