Zelenski israilli həmkarı ilə danışıqlar apardı

24 Noyabr 2022 22:03

Ukrayna Prezidenti Volodimir Zelenski israilli həmkarı İsaak Hersoqla telefon danışığı aparıb.

Bu barədə Zelenski özünün "Twitter" hesabında yazıb.

O, İsraillə əməkdaşlığın daha da dərinləşəcəyinə ümid etdiyini qeyd edib:

"Mən həmçinin enerji sənayemizin ehtiyacları haqqında məlumat verdim və İsraili "Taxıl sazişi" təşəbbüsünə qoşulmağa dəvət etdim".

Milli.Az