Sözünün üstündə durmayan Qərb müttəfiqləri...

24 Noyabr 2022 21:16

Türkiyə İsveç və Finlandiyanın terrorla mübarizədə real addımlar atmasını gözləyir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərə deyib.

Çelik qeyd edib ki, Ankara sözünün üstündə durmayan çoxlu Qərb müttəfiqləri görüb.

"Türkiyə terrorla mübarizədə real addımları görəndə İsveç və Finlandiyanın NATO-ya qəbulunu təsdiq edəcək", - Çelik bildirib.

Milli.Az