Vladimir Vasilyeviç Timoşenko “Şöhrət” ordeni ilə təltif edildi

24 Noyabr 2022 18:06

Prezident İlham Əliyev V.V.Timoşenkonun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında
Sərəncam verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vladimir Vasilyeviç Timoşenko "Şöhrət" ordeni ilə təltif edilib.

Milli.Az