"Buna son qoyulmalıdır"

24 Noyabr 2022 17:35

Laçın dəhlizi Ermənistan tərəfindən razılaşmalara zidd formada istifadə edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bu gün ADA Universitetində Ağdam Beynəlxalq Konfransı çərçivəsində çıxışından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, üçtərəfli bəyanata əsasən dəhlizin prinsipləri və istiqamətləri var.

"Dəhliz onlara zidd olaraq istifadə edilir. Buna son qoyulmalıdır. Bu barədə Azərbaycan tərəfi bütün lazımi addımları atacaq. Bununla bağlı həm beynəlxalq müstəvidə, həm də digər tərəfdaşlarla danışıqlarımız davam edəcək.

Üçtərəfli bəyanatın fundamental prinsipləri pozulur. Həmin prinsiplər sırasında bütün erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması öhdəliyi hələ də yerinə yetrilmir", - deyə C.Bayramov əlavə edib.

Milli.Az