"Bu məsələlər çox ciddi şəkildə araşdırmalıdır".

24 Noyabr 2022 17:45

Baş prokuror Kamran Əliyev işgəncə faktları ilə bağlı səslənən iddialara münasibət bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Baş prokuror Elmi Məsləhət Şurasının iclasında deyib ki, narkotik işlərinə əsasən, tutulan şəxslər adətən saxlanılarkən və istintaq dövründə işgəncələr aldığı barədə ifadələr verirlər.

O qeyd edib ki, işgəncə faktları ilə bağlı əsasən təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı ifadə verir: "Bu məsələlərdə prokurorluq orqanları çox diqqətli olmalıdır. Çünki bəzən təqsirləndirilən şəxslər məsuliyyətdən özünü kənarda saxlamaq niyyəti ilə bu yola əl atırlar. Bu məsələlər çox ciddi şəkildə araşdırmalıdır".

Milli.Az