NATO-nun nümayəndə heyəti HDQ-də olub - FOTO

24 Noyabr 2022 17:08

NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələrinin "NATO günləri" çərçivəsində ölkəmizdə səfəri davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nümayəndə heyəti noyabrın 24-də Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər.

Qonaqlara Azərbaycan HDQ-nin tarixi və fəaliyyət istiqamətləri haqqında brifinq təqdim olunub.

Sonra NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələri NATO-nun yaranma tarixi, strukturu və ümumi fəaliyyətini əhatə edən müxtəlif mövzularda çıxışlar ediblər.

Təqdimatlar başa çatdıqdan sonra qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Milli.Az