Samir Bayramlı: "Ondan zəhləm gedir, nə yalan deyim”

24 Noyabr 2022 17:54

Aparıcı Samir Bayramlı Akademik Milli Dram Teatrının aktyoru Ziya Ağa haqqında qalmaqallı fikir söyləyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, aparıcı "Səhərin səsi" verilişində "Zəhləm getsə də, buradan deyirəm, özü də eşitsin. Ziya Ağa çox istedadlıdır. Amma zəhləm gedir, nə yalan deyim", - deyib.

Bununla bağlı aktyorun münasibətini öyrənmək üçün əlaqə saxladıq. Ziya Ağa "Bu barədə danışmaq istəmirəm. Belə suallara cavab verməyəcəyəm", -, o bildirib.

Qeyd edək ki, o, "İkinci pərdə", "Dalan", "Sus" və digər filmlərdə çəkilib.

Milli.Az