4 yaşlı qız donub öldü

24 Noyabr 2022 19:10

Rusiyada, Buryatiyanın kəndlərindən birində 4 yaşlı qız 20 dərəcə şaxtada həyətdə donaraq ölüb.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin saytında məlumat verilib.

İdarənin məlumatına görə, uşaq ailənin yatdığı vaxt evi tək tərk edib. Səhər saat iki radələrində oyanan qızın anası onu yataqda görməyib. Bütün qohumlar, qonşular və yerli sakinlər balaca qızın axtarışına çıxıblar. Qız səhər saatlarında həyətlərdən birinin hasarının yanında yüngül demi-sezon pencək, paltar və çəkmədə tapılıb.

"Uşaqda hipotermiya əlamətləri var idi. Maşında olan polislər qızı xəstəxanaya aparmaq üçün təcili yardıma tərəf sürüblər. Maşınlar yarı yolda qarşı-qarşıya gəliblər, lakin o vaxt uşaq ölüb", - Komitənin saytında deyilir.

Hüquq-mühafizə orqanları uşağın beş azyaşlı uşağı olan çoxuşaqlı ailədə yaşadığını bildiriblər. Qız gedən zaman atası evdə olmayıb - növbə ilə işləyib.

Buryatiyanın Kijiginski rayonunda bu həftə gündüz havanın temperaturu mənfi 7 ilə mənfi 18 dərəcə arasında, gecə mənfi 16 ilə mənfi 23 dərəcə arasında dəyişib. Çərşənbə günü, noyabrın 22-nə keçən gecə qızcığaz öləndə gecə termometr mənfi 20 dərəcəyə düşüb.

İrfan Vəliyev
Milli.Az