Xarici ölkələrin hərbi attaşeləri Sarıbabada mina sahəsinə baxış keçiriblər - YENİLƏNİB - FOTO

24 Noyabr 2022 14:47

14:47

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçiriblər.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, MN-in təşkilatçılığı ilə keçirilən səfərdə nümayəndələrə ərazidə aparılan minatəmizləmə tədbirləri və noyabrın 21-də aşkar olunan 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina sahəsi haqqında ətraflı məlumat verilib.

----------

11:37

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşa şəhərində olub.

Hərbi attaşelər Şuşadan Laçına yola düşüblər.

Onlar erməni silahlı dəstələrinin Laçın rayonunun Sarıbaba yüksəkliyində minaladığı ərazilərə baxış keçirəcək.

Milli.Az