Həkəri çayı üzərində Azərbaycanın ən böyük dəmir yolu körpüsü tikilir - VİDEO

24 Noyabr 2022 10:48

Azərbaycanda Həkəri çayı üzərində ölkənin ən böyük dəmir yolu körpüsü tikilir.

Azərbaycan Dəmir Yollarından Milli.Az-a verilən məlumata görə, tikilməkdə olan körpünün uzunluğu 418 m, eni isə 6,5 m-dir.

13 aşırımlı körpünün dayaqları və aşırım qurğusunun konstruksiyası dəmir-beton olacaq.

Milli.Az