Qubada dağlıq ərazidə meyiti tapılan şəxsin üzərində zorakı əlamətlər olub?

24 Noyabr 2022 09:53

Cari il oktyabrın 15-dən itkin düşmüş 1953-cü il təvəllüdlü Quba rayonu Xaltan kənd sakini Ağaxan İskəndərovun meyitinin yaşadığı kənddən bir qədər aralıda dağlıq ərazidə tapılması faktı ilə bağlı hazırda Quba rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Milli.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı zorakı əlamətlərə xas olan xəsarətlər, o cümlədən əynində olan paltarlarda zədələr müəyyən edilməyib.

Milli.Az