Hollivud ulduzları şərik oldular

24 Noyabr 2022 19:53

Uşaqlıq dostları olan Hollivud ulduzları Mett Deymon və Ben Afflek "Artists Equity" adlı müstəqil prodüser şirkəti yaratmaq qərarına gəliblər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktyor Ben Afflek müsahibəsində bildirib.

O, şirkətdə baş icraçı direktor, 52 yaşlı Deymon isə baş yaradıcı direktor olacaq.

Afflek və Deymonun şirkətin qurulması üçün investisiya firmalarının birindən 100 milyon dollar maliyyə alacaq.

Milli.Az