Buzova hamilə qalmaq üçün özünə kişi axtarır

24 Noyabr 2022 17:18

Rusiyanın TV ulduzu Olqa Buzova azərbaycanlı müğənni Conidən sonra Sergey Lazarevdən övlad dünyaya gətirmək istədiyini bildirib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, o, sosial şəbəkələrdə ana olmağa hazır olduğunu qeyd edib.

Buzovanın sözlərinə görə, əvvəlcə qız, sonra isə oğul dünyaya gətirmək istəyir. Üstəlik, sənətçi artıq gələcək körpələr üçün adlar hazırlayıb.

Sənətçinin pərəstişkarları Buzovanın yerli şou-biznes ulduzlarından kimdən körpə dünyaya gətirəcəyini soruşublar. Teleaparıcı müğənni Sergey Lazarevin uşağının atası ola biləcəyini etiraf etedib. 

"O, ağıllı, istedadlı və təcrübəsi olan atadır! Və çox yaraşıqlıdir",- deyə bildirib. 

Qeyd edək ki, Buzova bir müddət əvvəl Conidən övlad istədiyini demiş, qarşı tərəf mövzu barədə şərh verməmişdi.

Milli.Az