Avtovağzalda intihar

13 May 2010 10:51
İntihar hadisəsi Sumqayıt şəhərində baş verib. Şəhər Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Qusar sakini 49 yaşlı İslam Ağalıyev özünü yeni avtovağzalın ərazisindəki ağaclıqda asıb. Mərhumun ağacdan kapron iplə asılmış meyiti mayın 12-də saat 18:00 radələrində aşkar edilib.

Mərhumun ölümünün səbəbləri məlum olmasa da, üzərində sənədləri, pul və mobil telefonu olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az