İranlı teatr fəalları da etirazlara qoşuldular

24 Noyabr 2022 12:18

Bir qrup iranlı teatr fəalı "Instagram" hesabında paylaşım edərək, qadınları hicab bağlamağa məcbur edən əsərlərin istehsalı və səhnələşdirilməsində bir daha iştirak etməyəcəklərini bildiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.

Qeyd edilib ki, bu bildiriş paylaşımını imzalayanlar arasında Siavəş Pakrah, Əli Şəms, Mustafa Koşki, Şəhab ​​Sahi, Armin Cavan və Əmirhüseyn Devaninin adı da var.

Milli.Az