Bakıda 26 yaşlı gənci avtomobil vurub

24 Noyabr 2022 08:36

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, avtomobil yolu keçən 1996-cı il təvəllüdlü Əsədov Elçin Şahin oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az