Kosovo və Serbiya razılığa gəliblər

24 Noyabr 2022 08:54

Kosovo və Serbiyanın nümayəndə heyətləri gərginlikdən çəkinmək haqqında razılığa gəliblər.

Bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel tviterdə məlumat verib.

"Aİ-nin vasitəçiliyi çərçivəsində Kosovo və Serbiyanın nümayəndə heyətləri gərginlikdən çəkinmək və münasibətlərin normallaşdırılması təklifinə tam diqqət yetirmək üçün tədbirlər haqqında razılığa gəldiklərini elan etməkdən çox məmnunam", - diplomat bildirib.

Milli.Az