Avropada rus nefti ilə bağlı danışıqlar dalana dirəndi

24 Noyabr 2022 08:32

Avropa İttifaqında Rusiya neftinə qiymət tavanının müəyyən edilməsi ilə bağlı danışıqlar dalana dirənib.

Bu barədə "Blumberq" məlumat yayıb.

"G7-nin Rusiya neftinin qiymətləri ilə bağlı təklif etdiyi tavan həddinin harada təyin ediləcəyi ilə bağlı ittifaq ölkələri arasında danışıqlar çərşənbə günü axşam saatlarında dayanıb", - bildirilib

Danışıqların cümə axşamı davam etdiriləcəyi gözlənilir.

Milli.Az