Türkiyədə yerli qırıcının prototipi hazırlandı

24 Noyabr 2022 08:22

Türkiyə beşinci nəsil yerli hərbi təyyarənin yaradılması layihəsinin icrasını davam etdirir.

Milli.Az axar.az-a istinadən bildirir ki, təyyarənin prototipinin yaradılması üzərində iş Türk Hava və Kosmik Sanayenin (TUSAŞ) mütəxəssisləri tərəfindən Türkiyə Müdafiə Sənayesi İdarəsi ilə koordinasiya əsasında aparılır.

Layihənin növbəti mərhələsi çərçivəsində 18 mart 2023-cü il tarixində anqardan çıxarılması planlaşdırılan prototip təyyarənin gövdəsi və qanadlarının quraşdırılmasına başlanılıb.

Yerli hərbi təyyarənin prototipi beynəlxalq standartlara tam uyğun olacaq. Təyyarənin prototipinin yaradılması zamanı 6500-ə yaxın ehtiyat hissəsi və 30 müxtəlif alt sistem istifadə olunacaq.

Layihənin sonrakı mərhələləri 2029-cu ilə qədər həyata keçiriləcək.

Milli.Az