İranda neft emalı zavodunda yanğın baş verib

24 Noyabr 2022 08:18

İranın Abadan neft emalı zavodunda yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Abadan neft emalı zavodunun distillə qurğusunda yanğın baş verib.

Hadisə zamanı tüstüdən zəhərlənən 2 nəfər ambulator müalicə alıb.

Yanğının qarşısı tam alınıb.

Milli.Az