Zelenski BMT ekspertlərini Ukraynaya dəvət edib

24 Noyabr 2022 08:53

Ukrayna Prezidenti Volodimir Zelenski BMT ekspertlərini Ukraynanın strateji obyektlərinə baxış keçirməyə dəvət edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə o, BMT TŞ-nin fövqəladə iclasında bildirib.

Qeyd edək ki, iclas Kiyevin xahişi ilə çağırılıb. Ötən gün Ukrayna ərazisində hava həyəcanı elan edilib. Böyük şəhərlərdə partlayışlar eşidilib.

Milli.Az