Bu serial 7 il sonra efirə qayıdır

24 Noyabr 2022 07:45

Vaxtilə Türkiyədə geniş izləyici kütləsi yığan "1 Kadın 1 Erkek" serialı ekranlara geri qayıdır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə serialın baş qəhrəmanlarından olan Demet Evgar tviter hesabında paylaşım edib.

O, serialın yeni bölümünün tezliklə yayımlayacağını bildirsə də, konkret vaxt açıqlamayıb.

Qeyd edək ki, 2008-ci ildə yayımlanan serial iki dəfə final edib. Aktyor Emre Karayelin də baş rol aldığı serialın indiyədək 416 bölümü yayımlanıb. Serialın son bölümü 2015-ci ildə efirə gedib.

Milli.Az