Hər saatda 5-dən çox qadın öldürülüb

24 Noyabr 2022 07:35

BMT-nin qadın qətli ilə bağlı yeni məlumatlarına görə, 2021-ci ildə hər saat beşdən çox qadın və qız bir ailə üzvü tərəfindən öldürülüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hesabatda 45 000 qadın və qızın - keçən il bütün dünyada öldürülən 81 100 qadının yarıdan çoxunun (56 %) ər, sevgilisi və ya digər qohumu tərəfindən öldürüldüyü müəyyən edilib.

Keçən il ən çox qohumların əli ilə qadın qətliamları 17 800 nəfərin öldüyü Asiyada baş verib. Ailədə cinsiyyətə əsaslanan adam öldürmə nisbəti Afrikada 100.000 qadın əhalisinə 2,5, Amerika qitəsində 1,4, Okeaniyada 1,2, Asiyada 0,8 və Avropada 0,6 nisbətində qiymətləndirilir.

Araşdırmaya görə, 2020-ci ildə COVİD-19 pandemiyasının başlaması Şimali Amerika, Qərbi və Cənubi Avropada qadın qətllərinin sayında əhəmiyyətli artımla eyni vaxta təsadüf edib.

Milli.Az