Peskov sülh sazişindən danışdı

23 Noyabr 2022 23:21

Bütün tərəflər Ermənistan və Azərbaycanın sülh sazişi üzrə razılaşmaları üçün səy göstərməlidir.

Trend "TASS"a istinadən xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Ermənistan və Azərbaycanın sülh sazişi ilə bağlı razılığa gəlməsi çox vacibdir. Əsas vəzifə budur. Və biz hamımız rəqabət etmədən <...> səy göstərməliyik ki, bu vəzifə tamamlansın: iki ölkəyə sülh sazişi imzalamağa kömək edək", - deyə D.Peskov bildirib.

Kremlin nümayəndəsi qeyd edib ki, sülh sazişi mövzusunda hələ də müzakirə edilməli olan çoxlu sayda detal və nüanslar var.

Milli.Az