Gəncədə 4 nəfər dəm qazından zəhərləndi

23 Noyabr 2022 21:47

21:47

Xəbər verdiyimiz kimi, Gəncədə 1 ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Milli.Az xəbər verir ki, Gəncə Şəhər 2 nömrəli uşaq xəstəxanasının təcili yardım şöbəsinin həkim-pediatırı Gülmira Alıyeva "qafqazinfo"ya bildirib ki, yaralı vəziyyətdə olan uşaqlardan biri ölüb, birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

O, xəstələrin vəziyyəti ilə bağlı məlumat verib:

"Dəm qazından zəhərlənən şəxslər 18:30 radələrində xəstəxanaya daxil olublar, onlar iki ailə idilər. 2021-ci il təvəllüdlü Zəhra Musayeva xəstəxanaya daxil olarkən onun öldüyü bilinib. Digər 3 uşağa (Musayeva Zeynəb Rəsul qızı - 2015, Musayeva Dərya Tural qızı - 2018, Musayeva Fatimə Tural qızı - 2019) ilkin tibbi yardım göstərilib. Onlar hazırda şöbədə yerləşdiriliblər.

İlkin diaqnoz dəm qazından zəhərlənmədir. Onlardan ikisinin vəziyyəti orta-ağırdır, birinin isə ağır olaraq qiymətləndirilir. Valideynlərdə zəhərlənmə faktı yoxdur".

----------

20:11

Gəncədə 4 nəfər dəm qazından zəhərlənib

Hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən binada qeydə alınıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən xəbərə görə, hadisə yerinə gələn əməkdaşlar araşdırma aparıb. Hadisə zamanı 2020-ci il təvəllüdlü Z.Musayeva dəm qazından zəhərlənərək öldüyünü, daha 3 nəfər - 2015-ci il təvəllüdlü Zeynəb Musayeva, 2018-ci il təvəllüdlü Dərya Musayeva və 2019-cu il təvəllüdlü Fatimə Musayevanın zəhərləndiyini məlum olub.

Hadisə ilə bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.

Milli.Az