DÇ-2022: 64 ildən sonra İLK

23 Noyabr 2022 17:27

Almaniya millisinin yarımmüdafiəçisi Camal Musiala ölkə futbol tarixinə düşüb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, o, son 64 ildə dünya çempionatında iştirak edən ən gənc alman futbolçu ünvanına yiyələnib.

"Bavariya"nın üzvü DÇ-2022-nin qrup mərhələsində Yaponiya ilə az öncə start götürən qarşılaşmada ilk dəqiqələrdən meydana çıxmaqla bunu bacarıb. Musiala 19 yaş 270 günlüyündə mundialda debüt edib. Bu, ona DÇ-1958-də iştirak edən Karl-Haynts Şnellingerdən sonra Almaniya yığmasının dünya çempionatının bir matçında ən gənc oyunçusu olmaq imkanı verib.

Qeyd edək ki, Camal Musiala İngiltərənin aşağı yaş qrupu üzrə yığmalarında çıxış etsə də, ötən ildən Almaniyanın əsas millisinin formasını geyinir.

Milli.Az