DÇ-2022: NÖVBƏTİ SENSASİYA: Almaniya Yaponiyaya məğlub oldu - YENİLƏNİB - VİDEO - FOTO

23 Noyabr 2022 19:00

19:00

Qətərdə keçirilən dünya çempionatının E qrupunda I tura start verilib.

Turun ilk oyununda sensasiya qeydə alınıb. Yaponiya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edib.

Hesabı 33-cü dəqiqədə Bundestimdən İlkay Gündoğan açıb. İngiltərənin "Mançester Siti" klubunda çıxış edən yarımmüdafiəçi penaltini dəqiq yerinə yetirib. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda əzmkarlıq nümayiş etdirən Asiya təmsilçisi 2 qol vuraraq, sensasiyaya imza atıb. 75-ci dəqiqədə Ritsu Doan hesabı bərabərləşdirib. Cəmi 8 dəqiqə sonra isə Takuma Asano görüşdə son nöqtəni qoyub.

Yaponiya yığması bu qələbədən sonra 3 xalla ilk pilləyə yüksəlib. E qrupunun ikinci oyununda İspaniya yığması Kosta Rikanı sınağa çəkəcək.

---------

18:51

Qətərdə keçirilən dünya çempionatında Almaniya və Yaponiya yığmaları arasında E qrupunun I tur oyununda 3-cü qol vurulub.

83-cü dəqiqədə Takuma Asano Asiya təmsilçisini önə çıxarıb - 2:1.

--------

18:42

Qətərdə keçirilən dünya çempionatında Almaniya və Yaponiya yığmaları arasında E qrupunun I tur oyununda ikinci qol vurulub.

75-ci dəqiqədə Asiya təmsilçisindən Ritsu Doan tarazlığı bərpa edib - 1:1.

----------

17:35

Qətərdə keçirilən dünya çempionatında Almaniya və Yaponiya yığmaları arasında E qrupunun I tur oyunu başlayıb.

Bundestimin heyətində İlkay Gündoğan 33-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

----------

17:00

Qətərdə keçirilən DÇ-2022-nin daha bir favorit mübarizəyə qoşulub.

Milli.Az bildirir ki, Almaniya yığması mundialda ilk oyununa çıxıb.

E qrupunda yer alan Hans-Diter Flikin yetirmələri ilk sınağında Yaponiya ilə üz-üzə gələcək. Çempion kimi yollandığı DÇ-2018-də qrupda qalan, AVRO-2020-də 1/8 finalda büdrəyən Bundestim ardıcıl uğursuzluqları Qətərdə unutdurmalıdır. Asiyalılar isə doğma qitədə, sensasiyaların qeydə alındığı mundialda hamını təəccübləndirmək üçün mübarizə aparacaq.

Qeyd edək ki, E qrupunda turun digər qarşılaşmasında İspaniya ilə Kosta-Rika görüşəcək. Bu oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

DÇ-2022, qrup mərhələsi
23 noyabr, I tur
E qrupu
17:00. Almaniya - Yaponiya

Milli.Az