“Qalatasaray”a Ronaldu təklifi

23 Noyabr 2022 22:40

"Qalatasaray" azarkeşləri klub rəhbərliyindən Kriştianu Ronaldunun transferini istəyir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, hətta bunun üçün dəstək də təklif ediblər.

Belə ki, bir qrup fanat klubun bank hesabı açmasını və paylaşmasını istəyir. Onlar düşünür ki, 15 milyon "Qalatasaray" fanatının hərəsi 100 lirə köçürsə, bu, 1 milyard 500 milyon lirə - yəni 78 milyon avro pul edir. Azarkeşlər həmin məbləğlə Ronaldunun maaşının qarşılanacağını düşünür.

Qeyd edək ki, dünən "Mançester Yunayted"lə müqaviləsinə xitam verilən Kriştianu Ronaldu azad agent statusu daşıyır.

Milli.Az