Xorvatiya parlamentinin iclası futbola görə yarımçıq dayandırıldı

23 Noyabr 2022 15:04

Xorvatiya parlamentinin deputatları milli komandanın dünya çempionatındakı matçına görə iclası yarımçıq dayandırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hazırda Qətərdə davam edən dünya çempionatında Xorvatiya millisi Mərakeşlə qarşılaşır.

Qeyd olunur ki, bu gün Xorvatiya parlamentində 2023-cü il dövlət büdcəsinin layihəsi müzakirə olunmalıdır. Deputatların əksəriyyəti parlamentin iclasına milli komandanın rəmzləri ilə gəlib.

Büdcə müzakirələri matç başa çatdıqdan sonra davam etdiriləcək.

Milli.Az